Messi Alveşə çatdı

28.05.2023 11:55 279
Dünya futbolu
PSJ-nin hücumçusu Lionel Messi yeni uğura imza atıb.

"Football-plus.az" xəbər verir ki, o, peşəkar karyerasında ən çox kubok qazanan futbolçu adına şərik çıxıb. Superulduz "Barselona"nın sabiq müdafiəçisi Dani Alveşin rekordunu təkrarlayıb. Dünən qazanılan Fransa çempionluğu Messi üçün 43-cü titul olub.

Xatırladaq ki, Paris klubu Liqa 1-in 37-ci turunda "Strasburq"la heç-heçə edib - 1:1. PSJ bununla da, çempionluğunu rəsmiləşdirib.