Messi Ronaldonun rekordunu qırdı

9.04.2023 11:52 250
Dünya futbolu
Lionel Messi yeni göstəriciyə imza atıb.

“Football-plus.az” xəbər verir ki, o, Avropada klub səviyyəsində vurulan qolların sayında rekordçu olub. Argentinalı Fransa çempionatının 30-cu turunun "Nitsa" ilə matçında (2:0) fərqlənib. Bu top Messi üçün 702-ci olub.

Qeyd edək ki, Kriştiano Ronaldonun aktivində 701 belə qol var.