Messi 1000 xala çatdı!

5.03.2023 16:15 289
Dünya futbolu
Fransa çempionatının “Nant” ilə oyunu Lionel Messi üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, PSJ-nin 4:2 hesablı qələbəsi ilə nəticələn matçda hesabı o açıb. Argentinalı hücumçu bununla da klub səviyyəsində məhsuldar hərəkətlərin cəmində 1000-ci xalını qazanıb. O, PSJ və sabiq komandası “Barselona”da ümumilikdə 841 oyun keçirib. 35 yaşlı Lionel bu oyunlarda 701 qolun və 299 məhsuldar ötürmənin müəllifi olub.