Bukayo Sakanın “Arsenal” ilə yeni müqavilə bağladığı məlumdu. Lakin onun satış qiyməti bəlli deyil. Ona görə ki, anlaşmaya hücumçunun təzminat qiyməti ilə bağlı bənd daxil edilməyib.
"Football-plus.az" xəbər verir ki, bu barədə jurnalist Mett Hyuz özünün “tvitter” hesabında yazıb.
Bir neçə gün əvvəl imzalanan yeni müqavilənin müddətinin 2027-ci ilin iyununa qədər nəzərdə tutulduğunu xatırladaq.
Saka “Arsenal”ın yetirməsidi. O, bu mövsüm İngiltərə çempionatında 37 oyun keçirib, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.
Sakanın satış qiyməti bəlli deyil
Dünya futbolu




