Harri Keynin satış qiyməti məlum olub.
"Football-plus.az" xəbər verir ki, “Tottenhem” rəhbərliyi komandanın aparıcı hücumçusunu satmağa hazırdı. Onu transfer etmək istəyən klub 100 milyon funt sterlinq ödəməli olacaq. Keynin yayda komandanı tərk etmək ehtimalı var. Onun adı İngiltərənin bir sıra klubları ilə birgə hallanır.
Harri “Tottenhem”in yetirməsidi. Bu komandada premyer-liqada 305 oyuna 201 qol vurub.