"Qarabağ" Avstriyanı seçdi - RƏSMİ

27.05.2023 15:02 578
Ölkə futbolu / Manşet
"Qarabağ"ın Çempionlar Liqası üçün hazırlıq planı bəllidi.

Football-plus.az xəbər verir ki, "köhlən atlar" yay təlim-məşq toplanışını Avstriyada keçəcək. Bu məlumatı Ağdam təmsilçisinin 10-cu çempionluğu münasibəti ilə keçirilən tədbirdə Qurban Qurbanov dedi:

"Ayın 10-da Bakıda toplaşacağıq. 22-də Avstriyaya yola düşəcəyik. Ordakı oyunların vaxtı da bəllidi. Sadəcə, rəqiblər bilinmir. Ümid edirəm ki, yaxşı hazırlıq keçəcəyik".


Qeyd edək ki, Ağdam təmsilçisinin Avstriyaya yollanacağını "Futbol+" olaraq diqqətinizə çatdırmışdıq.

İLKİN SULTANLI