Qadın boksçumuz beynəlxalq turnirdə bürünc medal əldə edib

26.05.2023 13:09 208
İdman
Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva Polşanın Pultusk şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medalla kifayətlənib.

"Football-plus.az" xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda fransalı Fatia Benmessahelə uduzub.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.