Azərbaycan boksçusu Tural Sarıyev Macarıstanın Debretsen şəhərində beynəlxalq turnirdə yarımfinal döyüşünü keçirib. 48 kq çəkidə mübarizə aparan yığma üzvü finala gedən yolda Temirats Jusspovla (Qazaxıstan) qarşılaşıb.
Football-plus.az xəbər verir ki, döyüş rəqibin qələbəsi ilə başa çatıb. Sarıyev yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, 26 ölkədən 294 boksçunun qatıldığı turnir sabah başa çatacaq.