Avropa çempionatlarında medal qazanan ilk azərbaycanlı gimnast

22.05.2023 10:31 235
İdman
Zöhrə Ağamirova Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnastdır.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.

Məlumatda bildirilib:

“Tarixə düşdü! Zöhrə Ağamirova Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast oldu. Ölkəmizdə keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında Azərbaycan yığma komandasının üzvü Zöhrə Ağamirova topla fərdi çıxışında bürünc medal qazanıb”.