Zöhrə Ağamirova beynəlxalq "Qran-pri"də gümüş medal qazandı

8.04.2023 23:51 256
İdman
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü beynəlxalq "Qran-pri"də gümüş medal əldə edib.

"Football-plus.az" xəbər verir ki, 22 yaşlı idmançı çoxnövçülük proqramında fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, turnirdə Zöhrə Ağamirova ilə yanaşı, böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığmanın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina da mübarizə aparırlar.

"Qran-pri"yə aprelin 9-da yekun vurulacaq.