Yığmamızdan tarixi medal

21.05.2023 18:51 290
İdman
Paytaxtımızda bədii gimnastika üzrə keçirilən 39-cu Avropa çempionatı keçirilir.

"Football-plus.az" xəbər verir ki, qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova,Yelizaveta Luzan, Darya Sorokina 3 lent və 2 topla hərəkətlərin icrasında qızıl medal qazanıblar.

Qeyd edək ki, bu, Azərbaycan gimnastika tarixində qrup komandamızın Avropa çempionatında qazandığı ilk qızıl medaldı.