Ölkəmizdə keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinin üçüncü günündə Azərbaycan gimnastları daha bir qızıl medala layiq görülüblər.
"Football-plus.az" xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandamızın üzvləri 5 topla hərəkətlərin icrasında qızıl medal qazanıb.
“AGF Trophy” kubokunun böyüklər arasında qrup hərəkətləri proqramında təqdimetmə mərasimi keçirilib. Qrup hərəkətləri üzrə yığmamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina ən yüksək icra xalına görə (3 lent və 2 top proqramı üzrə) “AGF Trophy” kubokuna layiq görülüblər.