Gimnastika komandamız dünya kubokunun finalında

22.04.2023 10:00 239
İdman
Ölkəmizdə keçirilən bədii gimnastika üzrə dünya kubokunda qrup hərəkətləri üzrə komandalar arasında 5 halqa ilə hərəkətlərin icrasında finalçılar müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamızın üzvləri 5 halqa ilə hərəkətlərin icrasına görə finala adlayıblar.

Qeyd edək ki, gimnastların final çıxışları aprelin 23-də olacaq.