Bolqarıstanın paytaxtı Sofiyada keçirilən bədii gimnastika üzrə dünya çempionatı başa çatıb.
Ölkəmizin bədii gimnastika üzrə qrup hərəkətləri komandası yarışı uğurla bitirib. Millimiz bürünc medal qazanıb. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət kollektiv 3 lent və 2 topla hərəktlərdə 30.750 xal qazanıb.
Qeyd edək ki, bu, Azərbaycanın gimnastika tarixində qrup hərəkətləri komandasının dünya çempionatında qazandığı ilk nailiyyətdi.