Azərbaycan gimnastı Dünya Kubokuna yollanıb

19.05.2023 15:26
İdman
Gimnastikanın parkur növü üzrə Azərbaycan millisinin üzvü İsrafil Alıyev Fransanın Monpelye şəhərindəki Dünya Kubokunda iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, idmançı artıq sözügedən ölkəyə yollanıb.

Bu gün start götürən turnir mayın 21-də başa çatacaq.