Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov finala vəsiqə qazanıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, 27 yaşlı idmançı halqalarla hərəkətlərin icrasında təsnifat mərhələsini 4-cü pillədə başa vurub.
Bu, Simonovun finala adlaması üçün yetərli olub.