Görəsən, klubun azarkeşləri son oyunları necə dəyərləndirir? “Sumqayıt”ın premyer-liqada qalacağına inanır? Komanda birinci diviziona yuvarlansa, bunu necə qarşılayacaqlar?
Suallarımızı “Sumqayıt”ın ən böyük fanklubu “Kimayçılar 50”nin rəhbəri Sənan Mirzəyevə ünvanladıq. Onun “Football-plus.az”a söylədikləri belə oldu:
“Dünən yaşananlardan başlayaq. 4 cavabsız qolu şərh etmək çətindi. Qolların sayı az ola bilərdi. Komanda daha istəkli mübarizə aparsaydı, 1 xal qazanmaq ehtimalı da yüksək idi. Bacarmadılar. Ev oyunu olduğuna görə ümidimiz böyük idi. Matçın sonunda baş məşqçimizin motivasiyadan düşməməsi üçün “Samir Abasov” sözlərini səsləndirdik. Ona inanırıq. Düzdü, qarşıda ağır oyunlar var. “Sabah”la yanaşı, “Qarabağ”la “Zirə” də çətin rəqibdi. Buna baxmayaraq, inanırıq ki, Samir bəy çıxış yolu tapacaq. Xal qazanmaq lazımdı. Nəticəni digər rəqiblərdən asılı hala salmaq risklidi. Çünki son şansları olduğuna görə “Səbail”lə “Şamaxı” var gücü ilə çıxış edəcək.
Premyer-liqanı “Sumqayıt”sız təsəvvür etmək mümkün deyil. Futbolla nəfəs alırıq. İnfrastruktur, baza, bacarıqlı futbolçular, gənclər baxımından heç bir çatışmazlıq yoxdu. Böyük potensialı olan şəhərin komandasının birinci divizionda oynaması vaxt itkisindən başqa bir şey olmayacaq. Düzdü, əvvəllər aşağı liqada oynayıb yüksək nəticələr əldə etmişik. Ən pis ehtimalda yenə oynamalı olsaq, “Kimyaçılar 50” fanklubu olaraq dəstəyimizi əsirgəməyəcəyik. Klubun yenidən premyer-liqaya qayıtması üçün bütün azarkeşlər əlindən gələni edəcək. Sumqayıt ölkə üçün dəyərli futbolçular yetişdirib. Bildiyiniz kimi, akademiya da fəaliyyət göstərir. Orda çox həvəsli, üəyi futbolla döyünən saysız-hesabsız gənc var. Ümid edirik ki, “Sumqayıt” rəhbərliyi və komanda birinci diviziona düşməmək üçün nə bacarırsa, edəcək”.

KƏNAN BAHADIR