• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ın çempionluq yolu hamar deyil, “Qəbələ” isə “Zirə”dən bir addım öndədi - TƏHLİL

Premyer-liqa / Manşet

28-04-2023, 16:0

Son illərin ən gərgin və maraqlı çempionatını izləyirik. Sona 5 tur qalsa da, hələ də premyer-liqada bir çox məsələyə aydınlıq gəlməyib. Çempion, avrokuboklara vəsiqə qazanacaq sonuncu, nəhayət, eltanı tərk edəcək komandanın adı bilinmir. Bu yazıda mövsümün son bölümünə “işıq salmağa” çalışacağıq.

“Qarabağ” “Sabah”dan...

3 tur əvvəl ağdamlıların rahat çempion olacağını söyləyə bilərdik. Lakin “Sabah”a məğlubiyyət və “Zirə” ilə heç-heçə “köhlən atlar”la “bayquşlar” arasındakı intriqanı gücləndirdi. İndi Murad Musayevin komandasının çempionluq uğrunda mübarizə apardığını söyləyə bilərik. Növbəti tur bu mübarizə son həddə çata bilər. Çünki “Qarabağ” “Neftçi”nin qonağı olacaq, “Sabah” isə “Şamaxı”nı qəbul edəcək. Bu iki oyunu müqayisə etdikdə “bayquşlar”ın 3 xal qazanmaq şansının daha real olduğunu söyləyə bilərik. Masazır klubu rəqibdən hər baxımdan üstündü. Lakin unutmayaq ki, “münəccimlər” elitada qalmaq üçün mübarizə aparır, Cavid Hüseynovla Vüqar Əsgərlinin rəhbərlik etdiyi koomanda “bayquşlar”ı büdrətmək üçün əlindən gələni edəcək.

“Qarabağ”ın işi 32-ci turda çox çətin olacaq. Çünki “Neftçi” ən azı bürünc medalları təmin etsə də, ağdamlıların çempion olmasını istəməyəcək. Bu səbəbdən də Regekampfın komandası Qurban Qurbanovun kollektivini büdrətməyə çalışacaq. Qələbə “köhlən atlar”ın işini asanlaşdıracaq. Heç-heçə və məğlubiyyət çempionluq yolunda növbəti addım olacaq. Düşünək ki, ağdamlılar flaqmana uduzdu, “Sabah” da “şirlər”ə qalib gəldi. Belədə liderlər arasındakı xal fərqi 4-ə enəcək və “Qarabağ” işini bir qədər çətinləşdirəcək. Çünki 33-cü turda “Qəbələ”ni qonaq edəcəklər. Elmar Baxşıyevin komandası hazırda yaxşı formadadı və Konfrans Liqasına vəsiqə qazanmaq istəyir. Həm çempionatda 4-cü yerin sahibi, həm də kubokun qalibi olmaqla bu yola davam edə bilərlər. Bunları nəzərə alsaq, ağdamlıların “Qəbələ” ilə oyununun da çətin keçəcəyini söyləyə bilərik. Həmin turda “Sabah” Qəbələdə “Kəpəz”in qonağı olacaq. Düzdü, gəncəlilər son vaxtlar yaxşı oyun sərgiləyir. Amma bu görüşün favoriti “Sabah”dı. Bir sözlə, Ağdam klubunun mümkün yenilgisini, bakılıların isə qələbəsini nəzərə alsaq, xal fərqi minimuma enəcək.

34-cü turda liderlər rahat qələbə qazana bilər. “Sabah” “Sumqayıt”ın, “Qarabağ” isə “Səbail”in qonağı olacaq. Düşünək ki, favoritlər bu matçlarda qalib gəldi. Belədə xal fərqi yenə 1-ə bərabər olacaq. 35-ci turda “Qarabağ”ın işi asanlaşacaq, “Sabah”ın işi qəlizləşəcək. Qurban Qurbanovun komandası “Sumqayıt”ı, “Sabah” “Zirə”ni qəbul edəcək. “Qarabağ”ın rahat qələbə qazanacağı gözlənilir, Murad Musayevin komandasının isə büdrəmək, hətta uduzmaq ehtimalı var. Çünki “Zirə” də Konfrans Liqasına qatılmaq istəyir.

Yuxarıda qeyd olunan məqamları nəzərə alsaq, “köhlən atlar” son turda - “Turan Tovuz”la ev oyununda əsas mükafatı başı üzərinə qaldıra bilər. Çünki həmin tur “Sabah” “Neftçi”nin qonağı olacaq. Flaqman bu mövsüm Murad Musayevin komandasına qalib gələ bilməyib. Bu üzdən derbidə qələbə qazanmağa, imicini qorumağa çalışacaq.

Beləliklə, ümumi mənzərəyə nəzər yetirdikdə Qurbanovun komandasının 2022/23 mövsümünün qalibi olacağı tam realdı. Amma futbol qəribə, maraqlı idman növüdü - burda istənilən nəticə qeydə alına bilər.

…“Qəbələ” “Zirə”dən şanslıdı!

Konfrans Liqasına vəsiqə uğrunda mübarizədə də böyük rəqabət var. “Qəbələ” hələ ki “Zirə”dən bir addım öndədi. Elmar Baxşıyevin komandası bu üstünlüyü özü əldə edib. “Sabah”a məğlubiyyətdən sonra toparlanıb. Əvvəlcə güclü rəqiblər – “Zirə” ilə “Neftçi” məğlub edildi, son turda isə “Sumqayıt” üzərində qələbə qazanıldı. “Qırmızı-qaralar” üçün qarşıdakı 5 oyundan dördü o qədər də çətin keçməyəcək: “Səbail” (e), “Qarabağ” (s), “Turan Tovuz” (e), “Şamaxı” (s), “Kəpəz” (e).

“Zirə”də də vəziyyət, demək olar ki, eynidi. “Qartallar” qarşıdakı 5 görüşdən dördünün favoritdi: “Turan Tovuz” (e), “Şamaxı” (s), “Kəpəz” (e), “Sabah” (s), “Sumqayıt” (s).

Rəqiblərin oyunlarını tur-tur təhlil etsək, “Qəbələ”nin “Qarabağ”a, “Zirə”nin “Sabah”a uduzmaq ehtimalı böyükdü. Qalan matçlarda isə favorit adı çəkilən klublardı. Belədə komandalar arasındakı 3 xallıq fərq qapanmır və Konfrans Liqasına “Qəbələ” vəsiqə qazanır. Düşünək ki, autsayderlərlə görüşlərdə fərqli nəticələr qeydə alındı və komandaların xalları bərabərləşdi. Şəxsi görüşlərdə də “Qəbələ” öndədi və Konfrans Liqasında iştirak hüququna yiyələnir. “Zirə” çempionatda “Qəbələ”ni qabaqlasa belə, Elmar Baxşıyevin komandası ölkə kubokunun qalibi olmaqla avrokuboka vəsiqəni təmin edə bilər.

Elitadan “uçan” son turda bilinəcək?

Aşağıda da gərgin mübarizə gedir. Amma çempionatı yaxından izləyənlər “Turan Tovuz”la “Kəpəz”in, demək olar ki, bu işin öhdəsindən gəldiyini anlayır. Onlar təhlükəli mövqedən bir qədər uzaqlaşıb. Qərb təmsilçiləri son 5 turda ümumilikdə 3 xal qazansa, premyer-liqada qalmağı rəsmiləşdirəcək. Məsələn, “Kəpəz” elə 32-ci turda bunu bacara bilər. Tərlah Əhmədovun komandası Qəbələdə “Sumqayıt”ı məğlub etsə, məsələ bitəcək. Lakin son 5 turdakı görüşləri nəzərə alsaq, premyer-liqanı tərk edəcək kollektivin 36-cı həftədə bəlli olacağını təxmin edə bilərik. Son turda “Səbail” evdə “Şamaxı” ilə qarşılaşacaq. Bu kollektivlər arasında xal fərqi artmasa, qalib gələn premyer-liqada qalmağı təmin edəcək. Təbii ki, bütün bunlar komandaların potensialına uyğun ehtimallardı. Amma futbolun gözəlliyi həm də qəribəlindədi. Əsas odu ki, udan da, uduzan da ədalətli mübarizədə, idman prinsipləri əsasında müəyyənləşsin.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-03-2023, 22:0

Üçüncü dövrədə zəiflər arasında ən güclü “Kəpəz”di! - TƏHLİL

Manşet / Yazarlar

14-05-2022, 10:0

Avrokubok mübarizəsi: son iki yerə üç namizəd! - TƏHLİL

Premyer-liqa / Manşet

10-03-2023, 20:0

“Sabah”dan böyükhesablı qələbə, Gəncədə bərabərlik - YENİLƏNİB

Premyer-liqa / Manşet

23-04-2023, 20:0

“Qəbələ”dən qələbə - YENİLƏNİB

Premyer-liqa

15-03-2023, 22:0

“Qarabağ” və “Sabah”dan səfər qələbəsi - YENİLƏNİB

Aktual
“Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
Son xəbərlər
  • Bu gün, 20:07
    “Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
  • Bu gün, 19:27
    Argentinalılar niyə tünd-göy formada oynamaq istəyirlər?
  • Bu gün, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Bu gün, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Bu gün, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Bu gün, 17:40
    MY-dən daha bir transfer
  • Bu gün, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Bu gün, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Bu gün, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 15:00
    “Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək? - YENİLƏNİR
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
Daha çox
Oxunub: 222
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə