“Futbol ili”nin başa çatmasına təxminən 2 həftədən bir qədər artıq vaxt qalıb. Klublar artıq mövsümlərarası fasilədə təşkil olunacaq təlim-məşq toplanışını harda keçirəcəkləri ilə bağlı variantları müzakirə edir. Bəzi elita klubları bu məsələ ilə bağlı qərarını verib.
Bu yay ölkəmizi avrokuboklarda təmsil etmək şansını saxlayan “Qəbələ”nin planlarını öyrənmək üçün klubun mətbuat katibi Anar Hacı ilə əlaqə saxladıq. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında bunları söylədi:
“Bizdə təlim-məşq planı hələ dəqiqləşməyib. Çünki toplanışa nə vaxt başlayacağımızı bilmirik. Komandanın avrokuboklara vəsiqə qazanmaq şansı var. Qitəmiqyaslı turnirə qatılacağımız halda, ilk oyuna görə plan tutulacaq. Bu üzdən indi dəqiq nəsə söyləmək mümkün deyil. Bilinən odu ki, böyük ehtimalla Türkiyəyə yollanacağıq. Bu istiqamətdə uyğun variantlar nəzərdən keçirilir”.
RƏŞAD



