Region Liqasının finalı bu stadionda keçiriləcək – ÖZƏL

18.05.2023 12:17 1 553
Əvəzedicilər / Manşet
Premyer-liqa və birinci divizionda olduğu kimi, Region Liqasında da mövsüm başa çatmaq üzrədi. Turnir həvəskar statusa malik olsa da, azarkeşlər tərəfindən maraqla izlənilir.

“Football-plus.az” xəbər verir ki, həftəsonu Bakıda “dördlər finalı”nın oyunları keçiriləcək. Bu mərhələdə “Marxal” “Çinar Zəngilan”la, “Qusar” isə “Arpaçay”la qarşılaşacaq. Onu da qeyd edək ki, “Arpaçay” Naxçıvan zonasının qalibidi.

“Dördlər final”ının qarşılaşmaları Bakıda, daha dəqiq desək, “ASK Arena” və “ASKO Arena”da keçiriləcək. “Marxal” – “Çinar Zəngilan” qarşılaşması Bayılda, “Qusar” – “Arpaçay” yarımfinalı isə “ASK Arena”da baş tutacaq. Onu da qeyd edək ki, yarımfinal matçları bir görüşdən ibarət olacaq.

Bəs mövsümün həlledici matçı harda olacaq? Bu suala cavab tapmaq üçün Region Liqası üzrə İşçi Qrupun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Departamentinin rəhbəri Yusif Vəliyevlə əlaqə saxladıq:

“Cari mövsümün həlledici qarşılaşması bölgədə baş tutacaq. Bu dəfə finalın Tovuzda keçirilməsi qərara alındı. Ancaq hələ ki matçın tarixi müəyyənləşməyib”.


RƏŞAD