• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” dəyişikliklər astanasındadı - TƏHLİL

Ölkə futbolu / Manşet

15-05-2023, 15:0

“Qarabağ” səfərdə “Səbail”i məğlub edib Misli premyer-liqasının 2022/23 mövsümünün çempionu oldu. “Köhlən atlar” çempionluğu çoxdan təmin edə bilərdi. Lakin mövsümün sonlarına doğru heyətdə baş verən problemlər bunu gecikdirdi.

Bəs növbəti mövsüm Ağdam təmsilçisini nə gözləyir?

İndiki heyət Çempionlar Liqasının təsnifat mərhələsində, premyer-liqada və ölkə kubokunda mübarizə aparmağa qadirdi? Ağdam təmsilçisini yeni mövsümdə hansı dəyişikliklər gözləyir? Bu suallara aydınlıq gətirməyə çalışacağıq.

Komandanı tərk etmək ehtimalı olanlar

“Qarabağ”la vidalaşmağa üç namizəd var. Söhbət Ramil Şeydayev, Riçard Almeyda və Filip Ozobiçdən gedir. Milli üzvlərinin Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatır. Şeydayevin adı əsasən “Rostov”la yanaşı hallanır. Lakin vinger şəxsi “instaqram” hesabında “Qarabağ”ın formasındakı şəklinin üstünə qum saatı əlavə edərək izləyiciləri ilə paylaşıb. Burdan başa düşmək olar ki, ağdamlılar milli üzvünü razı salıb.

Ozobiçlə bağlı vəziyyət isə fərqlidi. Yarımmüdafiəçi əsas heyətdəki yerini itirib. Karyerasının son illərində daim oynaya biləcəyi komandada çıxış etmək istəyir. Ozobiç premyer-liqa təmsilçilərinin bir çoxunun maraq dairəsindədi. Onlardan hansısa birində rahat çıxış edə bilər. Görünən odu ki, Qurban Qurbanov da futbolçunu saxlamaqda o qədər də maraqlı deyil.

Burdan belə düşmək olar ki, yayda “Qarabağ”ı hələ ki Filip tərk edəcək. Redaksiyamıza daxil olan məlumata görə, klub Riçard Almeyda ilə müqaviləni yenilənəmək niyyətindədi. Qurban Qurbanov milli karyerasını başa vurduğunu açıqlayan “sambaçı”nın xidmətindən daha 1 il yararlanmaq istəyir.

İcarəyə göndərilmək ehtimalı olanlar

Bildiyiniz kimi, Nihad Quliyevlə Rauf Hüseynli “Şamaxı”da, Rüstəm Əhmədzadə isə “Zirə”də icarə əsasında çıxış edir. Onlar mövsümün sonunda yenidən “köhlən atlar”a qoşulacaq. Bu futbolçulardan biri yenidən icarəyə veriləcək. Söhbət Rauf Hüseynlidən gedir. Nihad Quliyev “Qarabağ”da qalacaq. Rüstəm Əhmədzadənin taleyi isə sual altındadı.

Ramil Şeydayev “Qarabağ”dan ayrılsa, vinger Ağdam təmsilçisində qalacaq. Çünki Qurban Qurbanova cinahda çıxış edəcək sürətli və texnikalı futbolçu lazımdı. Rüstəm bu meyarlara uyğundu. Qurban Qurbanov ona çempionat oyunlarında şans verərək əsas heyət üzvünə çevirə bilər.

Ramilin Ağdam təmsilçisində qalması Rüstəmin yenidən “Zirə”yə və ya başqa komandaya icarəyə verilməsinə səbəb olacaq. “Qarabağ”dan ayrılmaq ehtimalı olan futbolçulardan biri də İsmayıl İbrahimlidi. Gənc yarımmüdafiəçi, demək olar ki, əsas heyətdə özünə yer tapa bilmir. Vaxtilə ən istedadlılardan biri sayılan İsmayıl böyük ehtimalla icarəyə göndəriləcək.

Adı transfer xəbərlərində hallananlar

Bu siyahıda 4 futbolçu yer alıb. Söhbət Elvin Cəfərquliyev, Musa Qurbanlı, Marko Yankoviç və Abdulla Zubirdən gedir. Adı çəkilənləri transfer etmək istəyən klublar çoxdu. Musa ilə Avstriyanın “Zaltsburq”, Elvinlə Belçikanın “Anderlext”, Yankoviçlə Fransanın “Nant”, Zubirlə isə Türkiyənin “Samsunspor” komandası maraqlanır. Yayda bu keçidlərin hansısa birinin baş tutması “Qarabağ”ın öz transfer siyasətinə də təsir edəcək.

4 mövqeyə futbolçu axtarılır

Gedənlərdən asılı olmayaraq, Ağdam təmsilçisi mərkəz hücumçusu, sol cinah vingeri, mərkəz müdafiəçisi və qolkiper axtarışındadı. Düzdü, bu mvqelərdə güclü futbolçuları var. Lakin Qurban Qurbanov mümkün zədələrdən ehtiyatlanır. Təcrübəli mütəxəssis avrokubok matçlarında problem yaşamamaq və heyətin daha da güclənməsi üçün bu mövqelərdə 2-3 eyni səviyyəli futbolçuların olmasını istəyir.

“Qarabağ”ı tərk edənlərin olacağını da nəzərə alsaq, yay “transfer pəncərəsi”ndə Ağdam təmsilçisinin 4-5 səviyyəli legioner transfer edəcəyi dəqiqdi.

Yerli bazara üz tutulmayacaq

“Köhlən atlar” uzun illərdi daxili çempionatda çıxış edən futbolçulara maraq göstərmir. Çünki ehtiyatında kifayət qədər yerli futbolçu var. Lazım olacağı təqdirdə icarəyə göndərilən azərbaycanlı futbolçular qaytarılacaq. Bir sözlə, Ağdam təmsilçisi ənənəyə sadiq qalaraq yenə premyer-liqada çıxış edən komandalardan yerli futbolçu transfer etməyəcək.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

6-04-2023, 21:0

Ramil Şeydayevlə maraqlanan Rusiya klublarının adları bəlli oldu

Ölkə futbolu

29-07-2022, 22:0

"Mənə inananlara minnətdaram" - Almeyda

Ölkə futbolu

8-02-2023, 12:0

Daha bir futbolçu “Qarabağ”ı tərk edə bilər

Premyer-liqa

21-10-2022, 11:0

Ramil Şeydayev üçün 2 qat əlamətdar oyun

Aktual / Manşet

3-08-2022, 17:0

Qurban Qurbanov "Ferentsvaroş"a qarşı bu variantdan istifadə edə bilər

Aktual
Varqas nağılı başa çatır! – belə şey olar?
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
Son xəbərlər
  • Bu gün, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Bu gün, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Bu gün, 12:26
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Bu gün, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Bu gün, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Bu gün, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Bu gün, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Bu gün, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
Daha çox
Oxunub: 268
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 256
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 204
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə