"Roma"dan qələbə, Turində bərabərlik - YENİLƏNİB

12.05.2023 01:04 310
Manşet / Avropa Liqası
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

"Football-plus.az" xəbər verir ki, raundun hər iki qarşılaşması eyni gündə keçirilib.

İtaliyada baş tutan matçlarda "Yuventus" İspaniya "Sevilya"sını, "Roma" isə Almaniyanın "Bayer-04" klubunu qəbul edib. Görüşlər Bakı vaxtı ilə saat 23.00-da başlayıb.

Komandalar arasında cavab oyunları mayın 18-də olacaq.

UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
11 may

"Yuventus" - "Sevilya"
1:1
Baş hakim: Daniel Zibert
Turin. "Yuventus" stadionu. 23.00

"Roma" - "Bayer-04" 1:0
Baş hakim: Maykl Oliver
Roma. Olimpiya Stadionu. 23.00