Millimizin üzvü Rumıniya kubokunun qalibi oldu

15.05.2023 10:00 257
İdman
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban "CSM Lugoj" komandası ilə Rumıniya Kubokunun qalibi olub.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı oyunçunun çıxış etdiyi kollektiv finalda "CSM Targoviste"ni 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesabı ilə üstələyib.

Ruban bu qarşılaşmanın ən yaxşı voleybolçusu seçilib.

Qeyd edək ki, "CSM Lugoj" cari mövsüm ölkə çempionatında bürünc medala da sahib çıxıb.