Qadın voleybolçular arasında Bahar Kubokuna yekun vurulub.
3-cü yer uğrunda oyunda "Azərreyl" və UNEC qarşılaşıb. Meydandan 3:0 (25:20, 25:14, 25:16) hesablı qələbə ilə ayrılan "Azerreyl" bürünc medallara yiyələnib.
Final matçında isə "Abşeron" və "Murov" üz-üzə gəlib. Rəqibini 3:0 (25:23, 25:18, 25:18) hesabı ilə məğlub edən "Abşeron" Bahar Kubokunun qalibi olub.