• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"10-cu çempionluq və iki böyük ulduz klubun tarixinə düşdü" - Qurban Qurbanov

Premyer-liqa / Manşet

13-05-2023, 23:0

"Qarabağ" Misli premyer-liqasının 34-cü turunda səfərdə "Səbail"i məğlub edərək çempionluğunu rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Bu il çox əziyyət çəkdilər. Həm avrokuboklarda, həm çempionatda oynadıq. Sıx qrafik var idi. Amma şükürlər olsun ki, hər şey düşündüyümüz kimi alındı. Bəzən zədəlilər, gedənlər oldu. Buna baxmayaraq tempi qoruyub-saxlaya bildik.

Futbolçularım bu çempionluğa layiq idi. Azarkeşlərimizin sevinci, bizimlə olması qüvvət verir. Onlara təşəkkür edirəm. Hələ qarşıda iki oyunumuz var.

- Bu çempionluğun əvvəlkilərdən hansı fərqləri var?

- Hər çempionluq sanki daha vacib olur. Çünki tələblər çoxalır. Hər dəfə çempion olduqda yenə səndən çempionluq gözləyirlər, rəqiblər daha ciddi hazırlaşırlar. Bu il bunun şahidi olduq. Nə qədər çətin oyunlarımız var idi. "Səbail" də bu gün çox yaxşı hazırlaşmışdı. Futbolçular elə səviyyəyə gəlib çıxır ki, heç bir rəqib digərindən çəkinmir. Sonuncu çempionluq daha vacib və şirin olur.

Görünən odu ki, daha çox əziyyət çəkməliyik. Hansısa titulu əldə etdikdə sanki rahat nəfəs almağı düşünürük. Amma belə deyil. Əksinə, bizim rahat olmağa, futbol haqda düşünməməyə vaxtımız yoxdu. Azarkeşlər, sizlər, rəhbərlik tələblər edir.

Çempionluq bitdi, qarşıdakı turnirə hazırlaşmalıyıq. İlboyu işin içindəyik. Hər çempionluq daha vacib və dəyərli olur.

- Azərbaycanda 10-cu çempionluğa imza atmaqla daha bir ilk etdiniz....

- Bəli, 10-cu çempionluqdu. Hər bir çempionluq istənilən klubu daha da böyüdür. 10-cu çempionluq və iki böyük ulduz, klubun tarixinə düşür. Çox sevinirəm ki, mənim dönəmimdə oldu. Buna uğurumuzun bir hissəsi kimi baxırıq.

- Növbəti iki turda daha az şans qazananlar oynayacaq?

- Çox ciddi hazırlaşacağıq. Rotasiyalar olacaq, bu, qaçılmazdı. Mövsümboyu çox yorulan futbolçularımız var. Ola bilər ki, onlara başqa proqram tutaq. Bunu məşqçilərlə müzakirə edəcəyik.

Əvəzedici heyətdən futbolçu götürməyə gəldikdə, belə fikrimiz yoxdu. Çünki, bizdə az oynayanlar yetərincə çoxdu. Onlara şans verməyi düşünəcəyik. Futbolçularımın hər birinə güvənirəm. Abdullah Zubir, Bədavi Hüseynov zədələnmişdi, bu gün yox idilər. Digər yorulan futbolçularımız da var. Ümumi, düzgün plan cızacağıq.

- 10 çempionluğun 9-u sizinlə bağlıdır. Deyəsən, Aleks Ferqyussondan geri qalırsız. Onun uğurunu təkrarlamaq istəyərsiz?

- Sırf onun uğurunu deməzdim. Daha çox çempionluq qazanmaq istəyərdim. İmkan varsa, daha çox çempion olmaq istəyərdik. Nə qədər buradayıq, futboldayıq, hər turnirdə maksimumu verməyə çalışacağıq. Çox istəyərdik ki, daha irəli gedək.

- Sevimli və uğurlu rəqəminiz 13-dür. Bu gün də 13 nömrəli futbolçu qol vurdu....

- Həm də ayın 13-dü (gülür). Rəqəmlərdə, belə şeylərdə uğur axtarmıram. Sadəcə istər-istəməz insanın marağında olur. Xırda elementə maraq daha çox olur. Ayın 13-də doğulmuşam, ona görə ona meyilliyəm. Amma bu, hər şey demək deyil. 13 olmadığında, 13 nömrəli futbolçu qol vurmayanda da çempionluq əldə etmişik. Nömrəyə görə yox, Bəhlula görə sevinirəm. Hər oyunda qol epizodları yaranırdı. Ola bilər ki, daha çox inamı çoxalar.

- Diakabi və Benzia avrokuboklar başlayana qədər tam hazır vəziyyətə gələcək?

- Bizim düşüncələrimizlə bu gün hər ikisi optimal formada olmalıydılar. Əfsuslar olsun ki, düşüncələrimiz düzgün olmadı. Sadəcə futbolda bəzən düşünmədiyin nəticələr, transferlər olur. Kimə daha çox güvənirsən, bəzən daha çox zədələnir. Abbas Hüseynov komandada fiziki cəhətlərinə görə üstünlərdəndi. Amma qış hazırlığında bəsit epizodda zədələndi. Buna görə sizə cavab verməyə ehtiyat edəcəm.

Get-gedə zədələri geridə qoyacaqlar. Benziada hansısa problem olacağını düşünmürəm. Normal durumdaydı, əzələ problemi oldu. Diakabidə zədə sümük nahiyyəsindədi deyə, uzun çəkə bilər. Hər bir halda, hazırlıq dönəmində komanda ilə məşqlərə başlayacaqlar.

- Sona iki tur qalıb. Siyahıda kimlərin gedəcəyi və gələcəyi bəllidir?

- Gedəcəklər haqda tam düşünməmişəm. Həmişə futbolçularımı qoruyub-saxlamaq istəmişəm. Qarşılıqlı razılıq əldə olunmayanda, ayrılırıq. Gələcəklərlə danışıqlar gedir.

Bəzən 100 faiz alınası futbolçu alınmır. Danışıq aparırıq. İndidən sonra daha ciddi danışacağıq. Çox istəyərdim ki, kollektiv tam qalsın və bir neçə nəfər də əlavə edilsin.

- Şenol Güneş "Qarabağ"ın uğurlarından danışdı və sizinlə ünsiyyətdə olduğunu dedi. Sizi Türkiyədə yetərincə tanıyırlar. Xaricə getməyi düşünürsüz?

- Əfsuslar olsun ki, "Sabah"- "Beşiktaş" oyununda iştirak edə bilmədim. Halbuki çox istəyərdim. İlk 15-17 dəqiqəyə baxdım. Çox maraqlı oyun gedirdi, gözəl atmosfer var idi. Şenol Günəşlə görüşməyi çox istəyərdim. Münasibətlərimiz çox yaxşıdı.

"Səbail"lə oyunumuz bizim üçün çox vacib idi. Bugünkü performansa və belə oyun göstərdiyinə görə "Sabah"ın rəhbərliyinə təşəkkür edirəm. Belə oyunlar futbolun sevilməsinə gətirib çıxarır. Xaricə getməyə gəldikdə, hazırda buradayam. Həyatın işini bilmək olmaz. Bu komandaya çox sadiqəm. Çox istəyirəm ki, "Qarbaağ"ın uğurları daha bol olsun. Hazırda belə düşüncəm yoxdu. Gələcəkdə olsa, xəbəriniz olacaq.

- Bu mövsüm bir klubun premyer-liqanı tərk etməsi gözlənilir. Sizcə, kimsə tərk etməlidir, yoxsa komanda sayı artırılmalıdı?

- Bu suala cavab vermək bəsitdi. Özümdən heç nə deməyəcəm. Reqlamentə görə, biri getməli, digəri gəlməlidi. Hansısa fikir bildirməyə ehtiyac yoxdu. Dəfələrlə demişəm, bunlar oturduğumuz yerdə fikir bildirəcəyimiz məsələlər deyil, müzakirə olunası suallardı. Fikir bildirməyimə ehtiyac yoxdur. Nəsə desəm, həyata keçiriləcək, keçirilməyəcək. Əgər reqlamentə uyğun addım atılacaqsa, cavab bəllidi.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Manşet / Çempionlar Liqası

28-07-2022, 00:0

"Futbolçularımı döyüşçü adlandırıram" - Qurban Qurbanov

Premyer-liqa

27-08-2022, 23:0

"Gələcəyə ümidlə baxa bilərik" - Vüqar Əsgərli

Premyer-liqa / Manşet

29-11-2022, 16:0

Murad Musayev: "Çempionluq barədə düşünmürük"

Premyer-liqa

12-05-2022, 21:0

"Başqa klubu çalışdırmaq haqda düşünmürəm" - Qurban Qurbanov

Aktual
“Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
Son xəbərlər
  • Bu gün, 12:56
    “Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
  • Bu gün, 12:25
    Nəbadə, Elvin!
  • Bu gün, 11:54
    “Sabah” ölkə kubokunda 20-ci ev qoluna imza atdı
  • Bu gün, 11:23
    “Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
  • Bu gün, 10:52
    Güləş millimiz Avropa çempionu oldu
  • Bu gün, 10:31
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:00
    Daha dörd güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Dünən, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Dünən, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Dünən, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Dünən, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Dünən, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Dünən, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Dünən, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Dünən, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Dünən, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Dünən, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Dünən, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Dünən, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
Daha çox
Oxunub: 602
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 269
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə