Fuad Avropa birinciliyində üç medal qazandı

15.10.2026 21:10 54
İdman
Atlet Fuad Həsənov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclər arasında Avropa birinciliyində uğurlu nəticəyə imza atıb.

"Football-plus.az" xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üç medal qazanıb. Həsənov birdən qaldırma hərəkətində 134 kq ağırlığın öhdəsindən gələrək gümüş medala sahib çıxıb. Təkanla qaldırmada isə 162 kq nəticə göstərən atletimiz üçüncü yeri tutaraq bürünc medal əldə edib.

Beləliklə, iki hərəkətin cəmində 296 kq nəticə göstərən Fuad Həsənov Avropa birinciliyinin gümüş medalını qazanıb.