“Kəpəz” və DNK İstanbul Hospital arasında tərəfdaşlıq müqaviləsi bağlanılıb.
"Football-plus.az" xəbər verir ki, razılaşmaya görə, DNK İstanbul Hospitalda klubun əsas və əvəzedicilərdən ibarət komandalarının futbolçularına müayinə, müalicə, tibbi baxış və digər xidmətlər göstəriləcək.
Bunun qarşılığında “Kəpəz”in oyun formasının sol qolunda DNK İstanbul Hospital brendinin loqosu əksini tapacaq. Eyni zamanda “sarı-göylər”in Gəncə Şəhər Stadionunda keçirəcəyi ev oyunlarında meydançanın perimetri boyu LED monitorlarda yeni tərəfdaşa aid videoçarx nümayiş oluncaq.
Müqavilənin müddəti 31 may 2027-ci ilədək nəzərdə tutulub.
DNK İstanbul Hospital Gəncədə 2005-ci ildən fəaliyyət göstərir. Ölkəmizin qərb bölgəsinin ən böyük tibb müəssisələrindən biri olan bu klinikada geniş çeşiddə diaqnostik, ambulator və cərrahi xidmətlər həyata keçirilir.
İki filialdan ibarət olan xəstəxanada Ümumi Cərrahiyyə, Ginekologiya, Estetik Cərrahiyyə, Ürək-damar Cərrahiyyəsi, Neyrocərrahiyyə və Nevrologiya, Travmatologiya və Ortopediya, Urologiya və Androloq, Oftalmologiya, Daxili Xəstəliklər və Endokrinologiya, Allerqologiya, Mammologiya və Radiologiya və digər şöbələr mövcuddur. Təcili tibbi yardım və stasionar xidmətlər isə fasiləsiz olaraq (24/7) göstərilir.
"Kəpəz" hospital ilə tərəfdaşlıq müqaviləsi imzaladı
Ölkə futbolu




