Kosova superliqasında 9-cu turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geydiyi "Malişeva" "Priştina"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşdə hesabı 29-cu dəqiqədə "Malişeva"nın futbolçusu Cemal İbişi açıb. Qonaqlar isə 76-cı dəqiqədə Assan Diattanın vurduğu qolla tarazlığı bərpa ediblər.
Vüsal matça start heyətində başlayıb. "Malişeva" 20 xalla liderdi.
Vüsalın komandası xal itirdi
Dünya futbolu





