“Neftçi”nin əsas fanklubu “Forza Neftçi”nin rəhbəri Səccad Abbasov oyun ərəfəsində ağ-qara rənglərin vurğunlarına müraciət ünvanlayıb:
“17 oktyabr tarixində “Neftçi və “Qarabağ” komandaları üz-üzə gələcək. Öz şəhərimizdə, bizə yadlaşan “doğma” Tofiq Bəhramov adına stadionda. Bütün yoldaşları və rəngdaşları öz adımdan oyuna dəvət edirəm, çünki bu “Neftçi” tək buraxılacaq “Neftçi” deyil. Ötən tur çempionu qapısına sıxan, 1 xal qazanmayıb, 2 xal itirən “Neftçi”di. “Neftçi” bu ölkədə yeganə klubdu ki, gücünü tarixindən və azarkeşlərindən alır. Siz isə “Neftçi”dən küsərək onu yarımçıq qoyursuz. “Neftçi” tək qrupdan ibarət deyil, düzdü, “Forza Neftçi” hər zaman - pis və yaxşı anında, elə ya da belə flaqmanın yanındadı, amma bu demək deyil ki, sizin “Neftçi” sevginiz sosial şəbəkədə qalmalıdı. Tribuna mədəniyyətinə töhfə vermək üçün sizlər də lazımsız.
Hə bir də “Forza Neftçi”mizin adı bəzi saxta xəbərlərə montajlansa da, sizlər bizi bilirsiz. Biz Vətəni, Bayrağı və “Neftçi”si üçün yaşayan insanlarıq. Hər kəsi şənbə günü tribunada görmək istəyirəm, atmosfer bu dəfə tam başqadı. Döyüşkən “Neftçi”ni çoxdan arzulayırdıq, indi isə o var. Növbə sizdədi”.