Möhtəşəm: Pokatilov ÇL-də rəmzi komandaya düşdü!

15.10.2026 22:07 27
Aktual / Çempionlar Liqası
Çempionlar Liqasının (ÇL) liqa mərhələsinin 2-ci turunun ən yaxşı futbolçusu müəyyənləşib. Bu nominasiyanın qalibi “Liverpul”un hücumçusu Bredli Barkolya olub.
Fransalı futbolçu UEFA-nın saytında keçirilən səsvermədə qalib gəlib. Barkolya Avstriyada LASK üzərində qazanılan 6:3 hesablı qələbədə het-trik etməklə böyük rol oynayıb. Səsvermədə 2-ci yeri “Brügge”nin hücumçusu Nikolo Tresoldi tutub. O, “İnter”lə 4:3 hesabı ilə başa çatan matçda het-trik edib. Növbəti yerləri “Bavariya”nın hücumçusu Harri Keyn ilə “Barselona”nın vingeri Lamin Yamal tutublar.
ÇL-in liqa mərhləsinin 2-ci turunun rəmzi komandası da açıqlanıb. Ən yaxşı futbolçulardan ibarət heyətə Stas Pokatilov da layiq bilinib. “Sabah”ın qapıçısı “Slaviya” üzərində qazanılan 2:0 hesablı qələbədə 6 seyv etməklə rol oynayıb. Həftənin rəmzi komandasını nəzərinizə çatdırırıq.
Qapıçı - Stas Pokatilov (Sabah); müdafiəçilər - Fredrik Şövold (Bude/Qlimt), Yef Şabo (Ştutqart), Henrik Falkener (Vikinq), Maksimiliano Arauxo (Sportinq); yarımmüdafiəçilər - Vitinya (PSJ), Yohann Manzambi (Aston Villa); hücumçular - Lamin Yamal (Barselona), Bredli Barkolya (Liverpul), Harri Keyn (Bavariya), Nikolo Tresoldi (Brügge).