"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant" baş məşqçisi Antuan Kombuare ilə yolları ayıra bilər.
Football-plus.az xəbər verir ki, məlumatı "L'Equipe" nəşri yayıb. Fransa klubunun rəhbərliyi mütəxəssisin işindən narazıdı. Komanda Liqa 1-in növbəti turunda "Brest"ə uduzsa, onunla yollar ayrılacaq.
"Nant" və "Qarabağ" arasında V tur görüşü oktyabrın 27-də Fransada olacaq. Bakıdakı qarşılaşmada Azərbaycan təmsilçisi 3 cavabsız qolla qalib gəlib. 4 turdan sonra "Qarabağ" 7 xalla 2-ci, "Nant" 3 xalla 3-cüdü.