"Nant" düşərgəsindən "Qarabağ"ı sevindirən xəbər

22.10.2022 14:22 6 284
Manşet / Avropa Liqası
"Nant" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la qarşılaşacaqları matçdan öncə itkilərlə üzləşib.

Football-plus.az xəbər verir ki, məlumatı Fransa klubunun rəsmi saytı yayıb. Komandanın baş məşqçisi Antuan Kombuare mətbuat konfransında Şarl Traore və Fabionun zədəli durumda olduğunu söyləyib. 59 yaşlı mütəxəssis onların Liqa1-in 12-ci turunda "Nitsa" ilə səfər matçında iştirak etməyəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, "Nant" - "Qarabağ" matçı oktyabrın 27-də keçiriləcək.