Azərbaycanın batut gimnastları “Golden Jump” beynəlxalq turnirində iştirak edəcəklər

12.05.2023 16:57 228
İdman
Batut gimnastikası üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Golden Jump” beynəlxalq turnirində iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, yığma üzvləri bu məqsədlə Gürcüstana yola düşüblər.

Komandanın heyətində Fərhad Mustafayev, Samirə Hüseynova, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Nicat Mirzəyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Mehdi Əliyev və Selcan Mahsudova qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, “Golden Jump” turniri mayın 16-dək davam edəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul