Polşadakı beynəlxalq turnirə qatılacaq gimnastlarımız bəlli oldu

30.03.2023 15:57 214
İdman
Bu gün Polşanın Krakov şəhərində start götürəcək batut gimnastikası və tamblinq üzə 10-cu Vavel beynəlxalq turnirinə qatılacaq Azərbaycan idmançıları bəlli olub.

"Football-plus.az" xəbər verir ki, yarışda ölkəni milli komandanın 10 üzvü təmsil edəcək.

Tamblinq növündə Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Fərhad Mustafayev, batut gimnastikasında isə Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Əli Niftəliyev və Nicat Mirzəyev qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnirə aprelin 4-də yekun vurulacaq.