Azərbaycan idmançı İtaliyada qızıl medal qazandı

27.05.2022 19:42 437
İdman
taliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 3-cü “Aere Trampoline Cup” beynəlxalq turnirində yığma komandamızın üzvü Bilal Qurbanov 13-16 yaş qrupunda 48,500 xalla bütün rəqiblərini üstələyərək tamblinq üzrə qızıl medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu yaş qrupunda batut üzrə sinxron cütlüklər arasında təsnifat mərhələsində Hüseyn Abbasov və Maqsud Mahsudov 1-ci, Nicat Mirzəyev və Əli Niftəliyev 4-cü pillədə qərarlaşaraq finala adlayıb.

Fərdi proqramda təsnifat mərhələsində isə Maqsud Mahsudov 1-ci, Hüseyn Abbasov 5-ci, Nicat Mirzəyev 6-cı yeri tutaraq finala vəsiqə əldə edib.