"Barselona" futbolçusu ilə vidalaşdı

2.07.2022 11:36 380
Dünya futbolu
"Barselona" futbolçusu Adama Traore ilə vidalaşıb.

"Football -plus.az" xəbər verir ki, Kataloniya təmsilçisi icarə əsasında komandada çıxış edən vingerin transfer hüquqlarını almayıb.

Traore müqavilə ilə məxsus olduğu "Vulverhempton"a qayıdıb.

26 yaşlı futbolçu "Barselona" ilə 20 oyunda 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.