• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Araz Naxçıvan” aşağı yaş qruplarını formalaşdırır - AÇIQLAMA

Aktual / Ölkə futbolu

12-05-2023, 14:0

2022/23 mövsümündə birinci divizionun qalibinin “Araz Naxçıvan” olduğu artıq bəllidi.

Azər Bağırovun çalışdırdığı komandanın növbəti “futbol ili”ndə premyer-liqada çıxış edəcəyi gözlənilir. Ancaq bunun üçün Naxçıvan təmsilçisi Lisenziyalaşdırma Komissiyasının tələblərini yerinə yetirməlidi. Şərtlərdən biri də klubun nəzdində müxtəlif yaş qrupu üzrə komandaların və əvəzedici heyətin olmasıdı. Cari mövsümdə isə “Araz Naxçıvan”ın nə U-19 komandası, nə də əvəzediləri var. Bir müddət əvvəl mövzu ilə bağlı “Futbol+”ə aşıqlama verən klub rəsmiləri artıq bu yöndə çalışmalara başlanıldığını, 2023/24 mövsümü üçün çatışmazlığın aradan qaldırılacağını bildirmişdi.

Görülən işlərə və bizi maraqlandıran başqa suallara aydınlıq gətirmək üçün “Araz Naxçıvan”ın futbol akademiyasının əlaqələndiricisi Adil Şükürovla danışmağı lazım bildik:

“Regionda uzun illər futbolun inkişafına yetərincə diqqət ayrılmadığından bir sıra problemlər var idi. Bunun aradan qaldırılması istiqamətində klubun prezidenti Vüqar Abbasovla görüşlərimiz oldu, məsələləri müzakirə etdik və həll etmək üçün planlaşdıranı tamamladıq. Ondan sonra mərhələli şəkildə çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərə başladıq. Əvvəlcə bütün regionda hər yaş qrupundan ibarət komandalar formalaşdırmağa çalışdıq. Daha sonra isə bu komandaların qeydiyyat məsələlərini həll etməyə başladıq. Bu iş çox vaxtımızı aldı. Şükürlər olsun ki, AFFA-nın qeydiyyat şöbəsinin bütün əməkdaşları bu işdə bizə yardımçı oldu və problemi həll edə bildik. Daha sonra AFFA ilə birgə martın sonları, aprelin ilk yarısında U-13, U-14 və U-15 komandalarının dairəvi sistemlə çempionatlarını keçirdik . Burda böyük sıxıntımız digər rayonlardan komandaların oyunlara getmələri idi ki, bu xərcləri də AFFA üzərinə götürdü. Hazırda U-15 liqasında oyunlar davam edir. Mayın sonlarına yaxın AFFA ilə birgə U-10, U-11 və U-12 liqalarını keçirməyi planlaşdırırıq. Qeyd etdiyim kimi, regionda uzun müddət futbolun inkişafına diqqət ayrılmadığı üçün U-16, U-17 və U-19 komandalarını formalaşdırmaq mümkün olmadı. Lakin bu il çəkdiyimiz əziyyət boşa getmədi. Növbəti mövsümdən bu il U-15 liqasında oynayan komandalar U-16-da çıxış edəcək.

Futbol camiəsində söylənilənlərə inansaq, “Araz Naxçıvan” premyer-liqada çıxış edəcəyi təqdirdə klubun U-17 və U-19 komandaları Bakıda məskunlaşacaq. Adil bəylə söhbətdə bu məsələyə də aydınlıq gətirməsini istədik: “Bəli, ilk növbədə belə planlaşdırmışıq. Lakin bunun üçün də klub rəhbərliyi ilə məsləhətləşəcəyik. Yaxın günlərdə yekun qərar məlum olacaq.

Xatırlayırsızsa, martda gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə 30 ildən artıq Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinin direktoru postunu tutan Kazbek Tuayev yaş həddinə görə vəzifəsindən uzaqlaşdırılıb. Gəzən söz-söhbətə inansaq, boş qalan kresloya əsas namizəd məhz Adil Şükürovdu. Onun məsələyə münasibəti belə oldu: “Söz-söhbətdən başqa bir şey deyil. Hazırda başqa bir layihə üzərində çalışıram. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə ətraflı məlumat verəcəm”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

1-ci liqa

17-06-2022, 23:0

Daha 3 il "Araz-Naxçıvan"da

1-ci liqa

17-06-2022, 23:0

“Araz-Naxçıvan”nın qarşısına qoyduğu məqsəd böyükdü" - Azər Bağırov

1-ci liqa / Manşet

15-12-2022, 13:0

Federasiyanın sədr müavini “Araz Naxçıvan”la bağlı xəbərləri təkzib etdi

Ölkə futbolu / Manşet

20-04-2023, 14:0

“Araz Naxçıvan” AFFA-nın şərtiylə razılaşdı

Ölkə futbolu / Manşet

1-05-2022, 18:0

“Araz Naxçıvan” Türkiyədə ikinci oyununa çıxdı - AÇIQLAMA

Aktual / 1-ci liqa

21-04-2023, 13:0

"Araz Naxçıvan" rəhbərliyinə bir neçə variant təklif olunub

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə