“İnter” ona 70 milyon avro qiymət qoydu

31.07.2022 21:54 401
Dünya futbolu
“İnter” Milan Şkrinyara 70 milyon avro qiymət qoyub.

Football-plus.az
xəbər verir ki, İtaliya klubunun rəhbərliyi 27 yaşlı müdafiəçini bu qiymətdən aşağı satmağı düşünmür. Slovakiyalı oyunçu ilə maraqlanan PSJ-nin bu məbləği ödəməyə hazır olmadığı bildirilir.

Şkrinyar “İnter”də 2017-ci ildən çıxış edir. O, ötən mövsüm bütün yarışlarda 48 oyuna çıxıb və 4 qol vurub.