Gənclər və idman nazirliyinin rəhbərliyi Azad Rəhimovun məzarını ziyarət edib

30.04.2022 15:33 502
İdman
Bu gün tanınmış ictimai-siyasi xadim, sabiq gənclər və idman naziri Azad Rəhimovun vəfatından bir il ötür.

"Football-plus.az[center][/center]" xəbər verir ki, bu münasibətlə, nazirliyin rəhbərliyi və kollektivi 2-ci Fəxri Xiyabanda mərhumun məzarını ziyarət ediblər. Məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi yad edilib.

Qeyd edək ki, Azad Rəhimov 2006 - 2021-ci illərdə gənclər və idman naziri, həmçinin, Milli Olimpiya Komitəsinin vitse-prezidenti vəzifələrində çalışıb. O, 2021-ci il aprelin 30-da 57 yaşında vəfat edib.