Neymar hansı qərarı verib?

9.05.2023 20:30 278
Dünya futbolu
Neymar gələcək karyerası ilə bağlı qərar verib.

“Football-plus.az” xəbər verir ki, o, yayda PSJ-ni tərk etməyə hazırdı. “Telefoot” nəşrinin məlumatına görə, azarkeşlərin son davranışı braziliyalı oyunçunu şoka salsa da, futbolçu polisə şikayət etməyi planlaşdırmır. O, yayda Paris klubundan ayrılmağı düşünür.

Xatırladaq ki, PSJ-nin azarkeşləri klubun bazasının yaxınlığında Lionel Messi, Neymar, Marko Verratti və prezident Nasser Əl-Xelayfinin getməsi tələbi ilə etiraz aksiyası keçirmişdilər.