Neymar zədələndi

19.02.2023 23:15 267
Dünya futbolu
PSJ-də ciddi itki baş verib.

Football-plus.az xəbər verir ki, komandanın hücumçusu Neymar zədələnib. O, ölkə çempionatının 24-cü turunun “Lill”lə matçında top uğrunda mübarizədə topuğunu büküb. Braziliyalı meydanı xərəkdə tərk edib.

Qeyd edək ki, görüş parislilərin 4:3 hesablı qələbəsi ilə nəticələnib. Neymar matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.