“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Millimizin rəqibi bəlli oldu - YENİLƏNİB

4.05.2023 21:05 326
İdman
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün qrup mərhələsinə yekun vurulur.

"Football-plus.az" xəbər verir ki, son gündə dörd oyun keçiriləcək.

Əvvəlcə B qrupunun matçları oynanılıb. İlk olaraq autsayderlər - Türkiyə ilə CAR yığmaları üz-üzə gəlib. Ardınca Qazaxıstan Fransanı məğlub edib - 1:3.

A qrupunda heç bir şansı qalmayan İtaliya turnirdə son sınağını Çexiya önündə verib. Qrupda liderliyini bölüşdürən Azərbaycan və Serbiya millilərinin qarşılaşması isə birinci yerin sahibini müəyyənləşdirib.

Qrupda 3-cü pilləni tutan millimiz pley-offda Fransaya rəqib olub.

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.

Beynəlxalq Minifutbol Turniri
4 may
A qrupu


17.30. İtaliya – Çexiya 1:4
19.00. Azərbaycan – Serbiya 0:0

B qrupu

14.30. CAR – Türkiyə 2:10
16.00. Fransa - Qazaxıstan 1:3