“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Millimizdən növbəti qələbə - YENİLƏNİB

3.05.2023 21:15 368
İdman
Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha 6 oyun keçirilib.

"Football-plus.az" xəbər verir ki, A qrupunda millimiz son oyuuna çıxıb. Komandamız Gürcüstanla qarşılaşıb. Millimiz bundan əvvəl Çexiya ilə heç-heçə (0:0) edib, İtaliyaya qalib (2:0) gəlib.

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda qarşılaşacaqlar.

Xatırladaq ki, bütün matçlar Bakı Tennis Akademiyasında keçirilir.

3 may
A qrupu

12.30. Gürcüstan – Çexiya 3:6

15.30. Serbiya – İtaliya 9:3

20.30. Azərbaycan – Gürcüstan 2:0

Xal durumu: Azərbaycan - 4 xal (2 oyun), Serbiya - 4 (2), Gürcüstan - 3 (2), Çexiya - 2 (2), İtaliya - 0 (2).

B qrupu

11.00. Ukrayna – Cənubi Afrika 6:1

14.00. Türkiyə - Qazaxıstan 2:0

19.00. Ukrayna – Fransa 2:2

Xal durumu: Fransa - 6 (2), Qazaxıstan - 6 (2), Ukrayna - 3 (2), Türkiyə - 0 (2), CAR - 0 (2).