• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

VAR-dan asılı olan hakimlərimiz - ŞƏRH

Premyer-liqa / Yazarlar

5-05-2023, 22:0

Premyer-liqanı 32-ci turu biabırçı hakimliklə yadda qaldı.

Həqiqətən də çempionatın ötən həftəsində qalmaqallı hadisələr baş verdi. Gəlin, yaşananları yenidən xatırlayaq. Başlayaq elə 32-ci turun açılış oyunu olan “Kəpəz” – “Sumqayıt” matçından. 64-cü dəqiqədə Vüsal İsgəndərli fərqlənərək komandasına qələbə qazandı. Lakin epizodun təkrarına baxarkən milli komandanın sabiq üzvünün ofsaydda olduğu aşkar görünür. Amma Tural Qurbanov və rəhbərlik etdiyi briqada bunu diqqətdən qaçırdı.

“Sabah” – “Şamaxı” matçında o qədər də qalmaqallı hadisə yaşanmadı. Düzdü, Murad Musayev hakimliklə bağlı çox səs-küy saldı. Lakin oyunu izləyənlər Fərid Hacıyevin yekun nəticəyə təsir etməyən xırda səhvlərinin şahidi oldu. Bir sözlə, referi qarşılaşmanı heç də pis idarə etmədi.
“Qəbələ” – Səbail” matçı da baxımlı və gərgin keçsə də, hakimliklə bağlı qalmaqal doğuracaq hadisələr yaşanmadı. Rauf Allahverdiyevin də xırda səhvləri var idi. İnsafən, referinin görüşü ideala yaxın idarə etdiyini söyləməliyik.

İndi isə keçid alaq biabırçılıqların yaşandığı oyuna. Söhbət, təbii ki, “Zirə” – “Turan Tovuz” matçından gedir. Rauf Cabbarov FİFA referisi adına layiq olmadığını göstərmək üçün əlindən gələn hər şeyi etdi. Matçın 19-cu dəqiqəsində Roderik Millerin müdaxiləsindən sonra Vladislav Kulaç “Turan Tovuz”un cərimə meydançasında yerdə qaldı. FİFA referisi fitini səsləndirdi və 11 metrlik cərimə zərbəsi təyin etdi. Hamidu Keyta “nöqtə”yə yaxınlaşırdı ki, VAR-dan siqnal gəldi. Cabbarov epizodu izlədikdən sonra qərarını ləğv etdi. Amma hadisə düz hakimin gözü qarşısında baş vermişdi. O, əminliklə “nöqtə”ni göstərmişdi. Hətta media sektorunda əyləşən jurnalistlər belə epizodun penalti olmadığını ilk andan dəyərləndirə bildi. FİFA referisi isə bunu bacarmadı. 7 dəqiqə sonra hakim yenidən 11 metrlik cərimə zərbəsi təyin etdi. Piruzi ilə Şəhriyarın arasında qalan Eldar Quliyev “Turan Tovuz”un cərimə meydançasında yerdə qaldı. Referi yenə əminliklə “nöqtə”ni göstərdi. Keyta zərbəni vurmaq istəyərkən, Tural Qurbanov yenidən Cabbarovu VAR-a baxmağa dəvət etdi. Əslində onun ilk qərarı doğru idi. Lakin FİFA referisinin özünə inanmaması işin bu həddə çatmasına səbəb oldu. 39-cu dəqiqədə isə hakim biabırçılığı son həddə çatdı. “Zirə”nin “təmiz” qolu sayılmadı. Keytanın ara ötürməsindən sonra Kulaç topu qapıdan keçirdi. Lakin yan xətt hakimi bayrağını qaldıraraq ofsayd qərarı verdi. Sonra Tural Qurbanov Rauf Cabbarovu VAR-a baxmağa dəvət etdi. Epizodu izləyən FİFA referisi qərarından dönmədi. Lakin “CBC Sport”un yayınında təkrarda göstərildi ki, qol qaydalar çərçivəsində vurulub. Referi isə fərqli qərar verdi. İlk hissəyə əlavə olunan 3-cü dəqiqədə isə Runi Eva “Zirə”nin cərimə meydançasında yerdə qaldı. Cibrila İssa ona qarşı qaydanı pozmuşdu. Referi oyunu davam etdirdi. Epizodun təkrarında Runinin ayağına təmas olduğu aşkar göründü. Hətta oyunun şərhçisi Pərviz Musayev də dilə gələrək penalti olduğunu dedi. Lakin FİFA referisi epizodu izləsə də, 11 metrlik cərimə zərbəsi təyin etmədi. Matçın 53-cü dəqiqəsində daha bir biabırçılıq yaşandı. “Turan Tovuz” cərimə zərbəsini yerinə yetirirdi. Denis Marandiçi hakimin fitini gözləmədən qapı önünə asma etdi, Roderik Miller isə topu başla tora qovuşdurdu. Hakim əvvəlcə qolu qeydə aldı. Daha sonra isə VAR-da oturanlarla məsləhətləşərək qərarını ləğv etdi. Bir sözlə, Rauf Cabbarovun idarəçiliyi fiasko idi.

Turun mərkəzi görüşü də hakimlər üçün asan keçmədi. İnqilab Məmmədov həmkarı Rauf Cabbarov qədər özünü itirməsə də, səhvlərlə diqqəti çəkdi. 25-ci dəqiqədə Voislav Stankoviç Yassin Benzyaya qarşı kobud oynadı. Lakin baş hakim bunu görməzdən gələrək hücumu davam etdirdi. VAR-dan gələn xəbərdarlıqdan sonra referiyə aydın oldu ki, səhvə yol verib. Bu səbəbdən də Stankoviçi meydandan qovdu. Oyunda ikinci belə vəziyyət 60-cı dəqiqədə yaşandı. Kevin Medina cərimə meydançasında aşkar şəkildə Kenni Sayefə qarşı kobudluq etdi. Lakin İnqilab Məmmədov penalti təyin etməyərək oyunu davam etdirdi. Yaxşı ki, Cavid Cəlilov VAR-da əyləşmişdi. Onun xəbərdarlığından sonra referi epizodu izləyərək “nöqtə”ni göstərdi. Yəni VAR olmasaydı, bu qarşılaşmada da biabırçı hakim səhvləri yaşanacaqdı.

Gördüyünüz kimi, ümumi mənzərə olduqca bərbaddı. Deməli, premyer-liqada VAR olmasa, hakimlərin səhvlərinə görə klublar əziyyət çəkəcək, çoxlarının haqqı yeyiləcək. Hər şeyi qoyaq kənara. Hakimlər özlərini haqlı çıxarmağa çalışır. Epizodun təkrarları zamanı görürük ki, ofsayd xətləri əyri çəkilir. Belə biabırçılıq olmaz, cənablar. Çempionatın sonlarıdı. Bir çox komandanın taleyi həll olunur. Kimi çempionluq, kimi avrokubok, bəziləri də premyer-liqada qalmaq uğrunda mübarizə aparır. Sizin səhvlərin ucbatından 30-40 nəfərlik kollektivin əziyyətinin üzərindən xətt çəkilir. Bu xətt sizin çəkdiyiniz kimi əyri deyil. Birbaşa klubları uçuruma aparır. AFFA sizin üçün bütün lazımi şəraiti qurub. Maaşınız vaxtında ödənilir. VAR kimi texnologiya da köməyinizə çatır. Heç olmasa, bunları nəzərə alaraq ortaya normal iş qoyun.

Hakimlərin səhvləri sıraladığını təkcə biz demirik. Komitə sədri Barış Şimşək də artıq dilə gəlib. Onun “CBC Sport” telekanalına açıqlamasına keçid alaq:

“Zirə” – “Turan-Tovuz” matçının baş hakimi Rauf Cabbarov üçün çətin axşam oldu. Eldar Quliyevlə bağlı qayda pozuntusu texniki baxımdan penalti deyil. Ancaq bunu da səhv adlandıra bilməzsiz, xüsusən də VAR-da izlədikdən sonra. Mən penalti təyin etməzdim və səhv də olmazdı. Amma epizoda baxanda Şəhriyar Əliyevin hərəkətinə diqqət yetirməyə dəyər. VAR bu epizoda müdaxilə etməməli idi. Ümumiyyətlə, bu görüşdə çox mübahisəli epizodlar oldu. Hər şey baş hakimdən və onun VAR ilə ünsiyyətindən asılıdı. “Sumqayıt”ın “Kəpəz”ə vurduğu qola gəlincə, bu oyundan sonra bütün gecəni yatmadım. Tural Qurbanov yüksək səviyyəli hakimdi, amma bu epizodda səhvə yol verdi. Çox heyif ki, ofsaydı görmədilər. Təbii ki, belə səhv hesablamalara görə cərimələr tətbiq olunur. Bundan sonra mən növbəti mərhələdə bu hakimin təyin olunmasının tərəfdarı deyiləm. O, evdə ailəsi ilə oturub işi haqda düşünməlidi”.


Möhtəşəm açıqlamadı. Hakimlər bu sözlərə diqqətlə qulaq asmalıdı. Demək olar ki, Tural Qurbanovun “qələmi qırıldı”. Niyə də olmasın?! Rəhbər şəxs də hakimlərin səhvindən təngə gəlib efirdə belə fikirlər səsləndirirsə, daha biz nə deyək? Düşünürdük ki, VAR gələndən sonra hakimliyimizin səviyyəsi qalxacaq. Amma indi referilərimiz bu texnologiyadan asılı vəziyyətdə qalıb. Hətta VAR-dan istifadə edəndə də bir çox hallarda doğru qərar verə bilmirlər.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

27-09-2022, 11:0

FİFA referisi və briqadası “ənənəyə sadiq qaldı” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

16-03-2023, 15:0

Rauf Cabbarovu Tovuzda VAR xilas etdi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

18-11-2022, 13:0

Fərid Hacıyev turun mərkəzi oyununun öhdəsindən gəldi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

15-09-2022, 14:0

Yalnız İnqilab Məmmədov yarıtmadı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

7-10-2022, 15:0

Heç kim “imtahandan kəsilmədi” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
"Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
Son xəbərlər
  • Bu gün, 19:08
    La Liqada yeni rekord
  • Bu gün, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Dünən, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Dünən, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
  • Dünən, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
  • Dünən, 15:51
    “Kəpəz”in futbolçusu 200-ə çatdı
  • Dünən, 15:23
    Zamiqin komandası böyükhesablı qələbə qazandı
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 229
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə