• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rauf Cabbarovu Tovuzda VAR xilas etdi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

16-03-2023, 15:0

Premyer-liqanın 26-cı turunda da hakimlik müzakirə mövzusu oldu.

"Football-plus.az" xəbər verir ki, Gəncədə keçirilən qarşılaşmada meydan sahiblərinin qapısına təyin olunan penalti ətrafında çox danışıldı.

“Sabah”ın baş məşqçisi Murad Musayev “Sumqayıt”la matçdakı idarəçilikdən şikayət etməsə də, mövsümboyu ədalət təmsilçilərinin ədalətsiz qərarlarına görə çox əziyyət çəkdiklərini bildirdi.

Şamaxı - Neftçi, FƏRİD HACIYEV
Baş hakim ilk dəqiqələrdən sürətli, baxımlı futbola şərait yaratdı. Oyunu yersiz saxlamırdı. Ofsayd epizodlarının hər biri düzgün idi. Oyunda əsas müzakirə mövzusu 3-cü dəqiqədə yaşandı. "Şamaxı"nın künc zərbəsindən sonra top Eddi İsrafilovun qoluna dəydi. Meydan sahibləri penalti tələb etsə də, hakim davam dedi, VAR otağından da müdaxilə olmadı. Hər iki hissədə İsrafilov olduqca sərt və kobud müdaxilələrlə diqqəti çəkirdi. Üç epizodda yığma üzvü aşkar kobudluq etsə də, Fərdi Hacıyev yalnız 62-ci dəqiqədə ona rəsmi xəbərdarlıq etdi. 56-cı dəqiqədə Vato Arveladzenin simulyasiya etməsi də referinin gözündən yayınmadı və gürcünü “sarı” ilə "mükafatlandırdı”. Ümumilikdə baş hakim cəmi üç dəfə əlini cibinə atdı. Vərəqələrin hamısı da qonaq komandanın futbolçularına göstərildi. "Şamaxı" bu matçda yalnız baxımlı futbolu ilə yox, həm də intizamıyla yadda qaldı.

Qarabağ – Səbail, RƏVAN HƏMZƏZADƏ
Oyunun baş hakim və köməkçiləri üçün asan keçdiyini söyləmək olar. Bu da komandalar arasındakı səviyyə fərqindən irəli gəlirdi. Köməkçiləri ilə yaxşı anlaşan Həmzəzadə mübarizənin axarına müdaxilə etmir, epizodlara yaxın olmağa çalışırdı. İkinci hissədə Bəhlul Mustafazadə ilə toqquşan Adil Nağıyev yerdə qalsa da, Həmzəzadə oyunu davam etdirdi. Referi bu qərarında da haqlı idi. Çünki “Səbail”in müdafiəçisinə qarşı kobudluq olmamışdı.

Kəpəz – Zirə, KAMRANBƏY RƏHİMOV
Gəncədəki oyunda maraqlı hadisələr cərəyan etdi. Matçın əvvəllərində Kamranbəy Rəhimov ciddi mövqe səhvlərinə yol verirdi ki, bu səbəbdən onun qərarlarına hər iki baş məşqçi etiraz edirdi. Hətta bir epizodda top bakılılardan yan xətdən çıxsa da, referi fərqli qərar verdi. Bu zaman Tərlan Əhmədov əli ilə göyü göstərib "Allahınız olsun", - deyə üsyan etdi. Ən qalmaqallı hadisə isə penalti epizodu zamanı yaşandı. 80-ci dəqiqədə Giorgi Kantariyanın müdaxiləsindən sonra Rəhim Sadıxov yerdə qaldı. Baş hakim 11 metrlik cərimə zərbəsi təyin etdi. Oyundan sonra keçirilən mətbuat konfransında Tərlan Əhmədov penaltinin olmadığını, 3 xallarının əllərindən alındığını dilə gətirdi. Bu məqamla bağlı qərar vermək o qədər də asan deyil. Toxunuşun olduğu və Rəhimin də özünü yer atdığı görünür. Hətta mütəxəssislər və AFFA Hakimlər Komitəsi də bu qərarı şərh etməkdə çətinlik çəkir.

Turan Tovuz - Qəbələ, RAUF CABBAROV
Matçın iki vacib məqamında hakimlər səhv qərar verdi. Meydan sahiblərinin penalti epizodu zamanı referi matçı davam etdirmişdi. Lakin VAR hakimi Cavid Cəlilov penalti təyin etdi. "Qəbələ"nin vurduğu qol zamanı oyundankənar vəziyyət qeydə alınmışdı. Bu dəfə də VAR-dan gələn siqnaldan sonra Rauf Cabbarov fikrini dəyişdi və qol qeydə alındı. Ümumilikdə bu səhvlər onun matça tam hazır olmamasının göstəricisidi.

Sabah – Sumqayıt, TURAL QURBANOV
Texniki səbəblərdən VAR sisteminin işləmədiyi matçda hakimlər briqadasının bəxti gətirdi ki, mübahisəli epizod yaşanmadı. Ümumilikdə isə 4 qolun vurulduğu oyunda hakimlik diqqət mərkəzinə düşmədi. Yetərincə sürətli, qarşılıqlı hücumlar şəraitində keçən 90 dəqiqədə Tural Qurbanov oyunun “ip”ini əldən vermədi ki, bunu da onun adına müsbət məqam kimi yazmaq olar. Start fitindən öncə gənc referi hər iki komandanın baş məşqçisinə yaxınlaşaraq təmkinli olmalarını istədi, narazı qaldıqları epizoda görə dördüncü hakimlə dialoqa girə biləcəklərini söylədi. Xırda metodiki səhvləri nəzərə almasaq, hakimlər brqadası nəticəyə təsir edən səhvlərə yol vermədi.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

2-03-2023, 15:0

“Qara paltarlılar” bu dəfə ön plana çıxmadı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

7-10-2022, 15:0

Heç kim “imtahandan kəsilmədi” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

15-09-2022, 14:0

Yalnız İnqilab Məmmədov yarıtmadı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

16-02-2023, 23:0

Elçin Məsiyev Suraxanıda yarıtmadı – HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

23-02-2023, 16:0

VAR-a və fitə hədsiz meyillilik, söz-söhbətə səbəb idarəçilik - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
“Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
“Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
Son xəbərlər
  • Bu gün, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Bu gün, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Bu gün, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Bu gün, 13:27
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Bu gün, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Bu gün, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Bu gün, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Bu gün, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Bu gün, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Bu gün, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Bu gün, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Bu gün, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Bu gün, 10:00
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 23:23
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 178
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 163
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə