• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Poçettino “Çelsi”də hansı futbolçularla vidalaşacaq? - TƏHLİL

Dünya futbolu

5-05-2023, 19:0

“Çelsi”nin həmsahibi Todd Boelinin ağlagəlməz transfer əməliyyatlarının komandaya xeyirdən çox ziyan verdiyi göz qabağındadı.

İş o yerə gəlib çatıb ki, indi londonluların əsas heyətini müəyyən etmək olmur. Uzun illərdən sonra yüksək səviyyəli məşhur futbolçular paytaxt klubuna gəlib-gəlməmək haqda ciddi şəkildə götür-qoy edirlər. Hazırkı heyətdə olanlardan bir çoxu isə mövsümün sonunda göy forma ilə vidalaşmalı olacaq. Yerli mənbələr rəhbərliyin artıq Maurisio Poçettino ilə prinsipial razılığa gəldiyini və onunla imzalanacaq müqavilə üzrə son detalların müzakirə olunduğunu xəbər verir. Argentinalı mütəxəssisin ilk iş heyətə əməlli-başlı əl gəzdirmək olacaq.

Meyson Maunt
Aprel ayında Tomas Tuxelin istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Frenk Lempard Mauntun gələcəyi ilə bağlı suala “sürüşkən” cavabı ilə yadda qalıb: bu məsələnin onunla rəhbərlik arasında müəyyən olunacağını deyib. Yarımmüdafiəçinin müqaviləsinin müddəti bir ildən sonra sona çatacaq və Meyson yeni sözləşməyə heç də can atmır. Deməli, gənc futbolçu növbəti mövsümə “Arsenal” və ya “Liverpul”da başlaya bilər. Rəhbərlik onunla bağlı qərarını yaxın həftələrdən birində verəcək. Bu məsələdə çox şey Poçettinonun seçəcəyi oyun sxemindən asılı olacaq.

Hakim Ziyeş
O, yanvarda Parisə yollanmışdı. Lakin sənədlər və onların təqdim edildiyi müddətlə bağlı problemlərə görə PSJ-yə keçidi baş tutmamışdı. Ziyeş buna görə çox mütəəssir olmuşdu. Poçettino onu çətin ki, sərəncamında görmək istəsin. Başqa sözlə, 30 yaşlı futbolçu Londonu yayda da tərk edəcək. Mərakeşli yarımmüdafiəçinin transferinin “Çelsi” üçün faydalı olmadığını əminliklə söyləmək mümkündü. Hakim “Ayaks”da sərgilədiyi sehrli futbolun heç yarısının yarısını da göstərə bilməyib.

Kalidu Kulibali
Seneqallı futbolçu əsas heyətdə möhkəmlənə bilməsə də, onun indidən növbəti məşqçinin planlarına daxil olmayacağını iddia etmək olmaz. Amma bu da var ki, Tyaqo Silva ilə Sesar Aspilikueta hələ də komandadadılar və bir sıra gənc oyunçular hələ ki potensialını nümayiş etdirə bilməyiblər. Deməli, bu amillərə görə Kulibalinin daim əsas heyətdə görünməsi çətin məsələdi. Deyilənə görə, “Napoli” onu geri qaytarmağa hazırdı. Neapolluların Çempionlar Liqasının (ÇL) 1/4 finalında “Milan” səddini keçə bilməməsinə (0:1, 1:1) mavi futbolkada uzun illər kapitanlıq etmiş Kalidunun yoxluğunun böyük təsiri oldu.

Mateo Kovaçiç
Mövsümün sonunda “Mançester Siti”ni Bernardo Silva və İlkay Gündoğan kimi xavbeklərin tərk edə biləcəyini, həmçinin “şəhərlilər”in 3-2-4-1 sxeminə keçdiklərini nəzərə alsaq, xorvat futbolçunun Xosep Qvardiolanın maraq dairəsinə düşməsi təbii qarşılanmalıdı. İspaniyalı mütəxəssis yəqin ki, ÇL-də yalnız heyətində xorvatiyalı olan komandanın qalib gəldiyi ilə bağlı fikri də nəzərə alır. Məsələyə ciddi yanaşsaq, Kovaçiç “Çelsi”dən ayrılmaq təşəbbüsünü özü irəli sürə və sevimli avrokubokunda iştirakını təmin edən yeni klubunu asanlıqla tapa bilər.

Kristian Pulişiç
Onun “zadəganlar”dan ayrılacağı ilə bağlı xəbərlər çoxdan dolaşır. Problem ondadı ki, indiyədək yeni klub tapmaqda çətinlik çəkir. Arabir zədə alan Kristian uzun müddətdi qeyri-sabit çıxış edir. İnsayderlərdən birinin iddiasına görə, Poçettino Mixail Mudrikə hücumun mərkəzini və cinahını bağlayan Son Hın Min (Tottenhem) üslubunda futbolçu gözü ilə baxır. Pulişiç isə onun planlarına daxil deyil. Xorvatəsilli amerikalı kluba müqavilə ilə daha bir il bağlı olacaq. 2024-cü ildə başqa kluba havayı yollanmaması üçün onun bu yay getməsinə şərait yaratmaq lazımdı.

Konor Qallaher
Bəzi fanatlar 23 yaşlı yarımmüdafiəçinin qalmasını istəyirlər. Amma hamıya yaxşı bəllidi ki, premyer-liqada ilk 4 yerdə qərar tutmağa iddialı olan komandanın əsas heyətində Konora yer yoxdu. O, növbəti mövsümdə də ehtiyat oyunçular skamyasında şansını gözləməyə razılaşacaq? Çətin. Bu səbəbdən Qallaherin “Nyukasl” və “Vest Hem”in orta xəttində oynamaq imkanı olacaq. Bu klublardan birinə birillik müddətə icarəyə verilməsi variantı daha real görünür.

Pyer-Emerik Obameyanq
O, “Çelsi”yə sabiq baş məşqçi Tuxelin istəyi ilə gətirilib. Amma bu komandada heç cür möhkəmlənə bilməyib. Həm də ona görə ki, afrikalı futbolçunun intizamla bağlı ciddi problemləri var. 33 yaşlı qabonlu hücumçu arabir əvvəlki parlaq çıxışını xatırlatmağa çalışır. Ancaq ona mövsümboyu etimad göstərmək böyük səhv olar. Pyer-Emerik yeni mövsümdən “Barselona”nın ehtiyat heyətinə qayıda bilər. Hər halda əsas heyətdə Robert Levandovski kimi superbombardir var. Onun üçün ən ağıllı variant “Çelsi”dən ayrılmaq olacaq.

Trevo Çaloba
Gənc müdafiəçi öz mövqeyində heç də ilk seçim olmayacaq. Müvəqqəti ayrılmaq mümkündüsə, klub Trevonun karyerasını niyə korlasın? Onun icarəyə verilməsi məntiqi görünür, çünki 23 yaşlı futbolçunun müqaviləsinin müddəti 6 illikdi. Bundan sonra Çalobanın tranferinə görə böyük məbləğ ödəyən klub olmayacaq. Poçettinonun müdafiə xəttini onun iştirakıyla qurmaq ehtimalı cüzidi. Daha əvvəl başqa klublarda icarədə oynamaqdan yorulan futbolçunun başqa yolu yoxdu.

Denis Zakariya
Heytində həddən artıq oyunçu olan kluba icarə əsasında yenisini cəlb etmək nəyə lazımdı? Bu variant heç Zakariya üçün də qaneedici deyil. Bu sual Denisin agentinə verilməlidi: yarımmüdafiəçi “Çelsi”də kimi əsas heyətdən sıxışdıra bilərdi? Aydındı ki, Entso Fernandes londonlulara yanvarda qoşulub. Amma iştirak ərizəsində Jorjinyo ilə Kovaçiç vardı və Nqolo Kantenin zədəsini nə vaxt sağaldacağı heç kimə bəlli deyildi. “Yuventus”a məxsus olan Denis İngiltərəyə gəlməməliydi.

Eduar Mendi
Rəhbərliyin yayda birdən-birə iki qapıçı ilə vidalaşmaq qərarını verməsi mümkündü: Eduar Mendi kimi Kepa Arrisabalaqanın da getməsi real görünür. Amma Poçettino sonuncuya yeni Uqo Lyoris (Tottenhem) gözü ilə baxsa, əsas heyətdəki yerini itirən Mendinin “Çelsi” macərasının tezliklə sona çatacağını əminliklə söyləmək olar. Məlumunuz olsun ki, Eduarın karyerasında işsiz olduğu dövrdə sosial yardım aldığı bölümə də təsadüf edilib. Sonra “Çelsi” ilə ÇL-in qalibi olduğu nağılabənzər mövsümün uğurunu yaşayıb. Lakin sonradan tədricən komandadakı mövqeyini itirməyə başlayıb. Odu ki, rəhbərlik indi Kepa və Eduarla müqayisədə uzun müddət sabit oynaya biləcək gənc qapıçının transferini ciddi şəkildə düşünür.

Sesar Aspilikueta
Tyemua Bakayoko, Kallum Hadson-Odoi və Malanq Sarr kimi hazırda başqa klublarda icarə əsasında çıxış edən oyunçuların məsələsi də həll olunmalıdı. Bu “üçlük” “Çelsi” üçün elə bir əhəmiyyət daşımır. Komandanın kapitanı Aspilikueta cari mövsüm ərəfəsində başqa kluba yollana bilərdi, amma iş elə gətirdi ki, “Barselona”ya gedəsi olmadı. Ancaq mövsümün sonunda başqa yerə üz tuta bilər, çünki Poçettinonun müdafiə xəttiylə bağlı öz baxışı var. Ris Ceyms sağda, Ben Çiluell isə solda oynayır. Yeni mövsümdən müdafiənin mərkəzində Benua Badyaşil və Uesli Fofana çıxış edəcək. Bir neçə ay əvvəl dilə tutulmaqla komandada qalan ispaniyalı “veteran”ı növbəti dəfə saxlamaq “Çelsi”nin nəyinə lazımdı? Bu dəfə onunla müqavilə pozula bilər. Bax, onda Sesar planlaşdırdığı kim vətəninə yollanacaq.

Romelu Lukaku
“Çelsi” əksəriyyəti yanvarda alınan yeni oyunçularla uzunmüddətli müqavilələr bağlayıb. Keçid məbləği isə anlaşmaların müddətinə uyğun olaraq bərabər hissələrə bölünməklə ödəniləcək. Bu səbəbdən fanatlar Mark Kukurelya, Mudrik və Rahim Sterlinq ilə vidalaşmağı tələb edərkən pul amilini unudurlar. Yəni “maliyyə feyr-pleyi” qaydalarına uyğun hərəkət etmək vacibdi. Hazırda icarə əsasında “İnter”də oynayan Lukaku geri qayıdaraq Poçettinonun quracağı komandada çıxış edə bilər. Ancaq bu yerdə Joao Felişi də unutmaq olmaz: onunla müqavilənin yenilənib-yenilənməyəcəyi hələ ki məlum deyil. Deyilənə görə, portuqaliyalı hücumçu müqavilə ilə məxsus olduğu “Atletiko”ya qayıtmaq istəmir. Haverts də komandada qala bilər. Həqiqət budu ki, hazırda “Çelsi”də mərkəz hücumçusu yoxdu. Deməli, Lukakuya yenidən ehtiyac duyula bilər? Hər şey mümkündü, amma belçikalı ilə vidalaşmaq və yeni mərkəz hücumçusu almaq daha məntiqi görünür.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-04-2023, 21:0

Lemparda kim xələf olacaq?

Dünya futbolu

3-04-2023, 23:0

Poçettino "Çelsi"nin hədəfində

Dünya futbolu

15-09-2022, 23:0

Tuxel Ançelottinin xələfi olacaq?

Dünya futbolu

10-04-2022, 18:0

Poçettino gələcəyi ilə bağlı heç nə bilmir

Dünya futbolu

25-06-2022, 20:0

Poçettinonun tələbi Qaltyenin təyinatını yubadır

Dünya futbolu

5-04-2023, 23:0

Lempard "Çelsi"yə dönə bilər

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Bu gün, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Bu gün, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Bu gün, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Bu gün, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Bu gün, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Bu gün, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Bu gün, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Bu gün, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Bu gün, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Bu gün, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Bu gün, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Bu gün, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Bu gün, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Bu gün, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • Dünən, 23:52
    Almeyda xəyanətlə üzləşib
  • Dünən, 23:31
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • Dünən, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Dünən, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Dünən, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Dünən, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Dünən, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Dünən, 20:59
    "Zirə" finala yüksəldi - YENİLƏNİB
  • Dünən, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Dünən, 20:07
    Fransa klubunda ağır itki
  • Dünən, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
  • Dünən, 19:00
    Messi fırıldaqçıdı?
  • Dünən, 18:51
    “Zirə” - “Turan Tovuz”: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    Yayda “Çelsi”ni tərk edəcək
  • Dünən, 18:06
    “Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
  • Dünən, 17:35
    De Laurentisdən yeni qeyri-adi təkliflər
  • Dünən, 17:04
    Təyyarədə uçursan, pulunu ver də!
  • Dünən, 16:33
    “Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
  • Dünən, 16:02
    Döyüşçülər milyon dollar bonus alacaq
  • Dünən, 15:31
    Millimizin heyətindən çıxarıldı
  • Dünən, 15:08
    İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Daha çox
Oxunub: 579
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 265
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 191
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə