Federasiya bu telekanala üstünlük verdi

4.04.2023 18:55 379
Ölkə futbolu / Manşet
Azərbaycan Minifutbol Federasiyasının (AMF) dəstəyi ilə mayın 1-dən 6-dək Bakıda beynəlxalq turnir keçiriləcək.

Yarışda Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcək. Qalib mayın 6-da müəyyənləşəcək. Oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcək.

“Football-plus.az” xəbər verir ki, artıq turniri yayınlayacaq telekanal müəyyənləşib. AMF-nin mətbuat xidmətinin rəhbəri Sərxan İbrahimoğludan əldə etiyimiz məlumata görə, azarkeşlər Bakı Tennis Akademiyasında keçiriləcək qarşılaşmaları “İdman TV” vasitəsi ilə izləyə biləcək.

RƏŞAD