“İdman TV” hər tur bundesliqanın beş oyununu yayınlayacaq

8.02.2023 11:34 328
Maraqlı
“İdman TV” yenidən Almaniya bundesliqasının yayınına başlayıb. Daha dəqiq desək, bu prosesə ötən həftəsonu start verilib.

"Football-plus.az" olaraq Almaniya çempionatının yenidən canlı yayını ilə bağlı detalları öyrənmək üçün telekanalın direktoru Rövşən Binnətliylə əlaqə saxladıq:

"Bildiyiniz kimi, Almaniya bundesliqası ölkəmizdə maraqla izlənilən çempionatlardandı. Bunu nəzərə alaraq Almaniya telekanalları ilə danışıqlar aparıb yenidən yayın hüququnu əldə etdik. Ötən həftə bundesliqanın 19-cu turunun 5 qarşılaşmasını canlı yayınladıq. Hələlik sırf çempionat matçlarını təqdim edirik. Gələcəkdə, ola bilsin, kubok oyunlarını da canlı yayınlayaq. Çalışacağıq ki, hər tur 5 oyun göstərək".

ABDULLA İSMAYILOĞLU