Xose Luis Çilavert ölkə prezidentliyinə seçkidə iştirak edib. Amma Paraqvay yığmasının sabiq qapıçısının planı baş tutmayıb.
“Football-plus.az” xəbər verir ki, “TyC Sports”un xəbərinə görə, o, seçkidə 0,7 faiz səs toplayıb. Çilavertə yalnız 21623 nəfər səs verib. Hakim partiyanın namizədi Santyaqo Penya 42,73 faiz səslə qalib gəlib.
Qeyd edək ki, Çilavert Argentinanın “San Lorenso” və “Veles Sarsfild”, Uruqvayın “Penyarol”, İspaniyanın “Saraqosa” və Fransanın “Strasbur” komandalarında çıxış edib. O, qapıçı olmasına baxmayaraq, qol vurmaq bacarığı ilə də tanınıb. Xose Luis karyerası ərzində 67 qol vurub.