Uruqvay millisinin DÇ-2022 üçün heyəti açıqlandı

10.11.2022 21:51 530
DÇ 2026
Uruqvay millisinin DÇ-2022 üçün yekun heyəti açıqlanıb.

Football-plus.az xəbər verir ki, Dieqo Alonso Qətərə aparacağı futbolçuların siyahısını tərtib edib. Mundialda çıxış edəcək Uruqvay millisinin heyətini təqdim edirik:

Qapıçılar - Fernando Muslera, Serxio Roşe, Sebastyan Sosa;

Müdafiəçilər - Xose Mariya Ximenez, Sebastyan Koates, Dieqo Qodin, Martin Kaseres, Ronald Arauxo, Xose Luis Rodriqez, Luis Espino, Matias Olivera, Matias Viqna;

Yarımmüdafiəçilər - Rodriqo Bentankur, Felipe Karbalyo, Matias Vesino, Xiorxiyan de Arraskaeta, Fakundo Pellistri, Martin Satriano, Fakundo Torres;

Hücumçular - Darvin Nunes, Luis Suares, Edinson Kavani, Nikolas Lopez.

Qeyd edək ki, Uruqvay millisi dünya çempionatında Portuqaliya, Qana və Cənubi Koreya ilə birlikdə H qrupunda mübarizə aparacaq.